"Medera Hospital" 25 min manata kimi cərimələnə bilər

GÜNDƏM 13 yanvar 2025, 11:02
"Medera Hospital" MMC siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta üzrə cərimə oluna bilər.

Demokrat.az FED.az-a istinadən xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Aytəkin İbrahimovanın icraatındadır.

Məhkəmə baxış iclası 22 yanvar 2025-ci il, saat 15:10-a təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 yanvar 2025, 14:36
Top