Azərbaycan neftinin qiyməti artdı

İQTİSADİYYAT 11 yanvar 2025, 12:59
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,09 ABŞ dolları, yaxud 2,62% artaraq 81,86 ABŞ dolları olub.

Demokrat.az xəbər verir ki, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 80,38 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 yanvar 2025, 20:32
12 yanvar 2025, 19:43
12 yanvar 2025, 19:17
Top