Pulsuz parklanma yerlərinin sayı artırılacaq

SOSİAL 10 yanvar 2025, 12:19
“2025-ci ildə pulsuz zonada avtomobillərin parklanma sayı artırılacaq”. 

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlara dair keçirilən brifinqdə deyib. 

“2023-cü ilin sonunda parklanma işinə başladıq. 2300-dən çox məntəqə, 20 mindən çox parklanma yeri fəaliyyət göstərir.

Şəhərin ən sıx küçələrində belə parklanma yerləri fəaliyyət göstərir. Bu ilin hədəfi pulsuz zonada parklanma sayının artırılmasıdır”, - deyə A.Rzayev bildirib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top