Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb

GÜNDƏM 03 yanvar 2025, 09:44
Ötən il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 107,5 bənd təşkil edib.

Bu barədə Demokrat.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Bu, aylıq müqayisədə 2,1 bənd, 2024-cü ilin əvvəlinə nisbətən 5,5 bənd, 2023-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 4,7 bənd çoxdur.

Ötən ilin dekabrın 1-nə manatın real effektiv məzənnəsi isə 122,6 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,8 bənd, 2024-cü ilin əvvəlinə nisbətən 1,2 bənd, illik müqayisədə isə 0,2 bənd çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 yanvar 2025, 12:15
05 yanvar 2025, 11:32
Top