Azərin orqanizmi yaşama qabiliyyətini itirib

GÜNDƏM 05 yanvar 2025, 10:16
Aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.

ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova Demokrat.az-a bildirib ki, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib:

"Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib. Poliorqan çatışmazlığı səbəbindən orqanizm yaşama qabiliyyətini itirib. Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılır".

Qeyd edək ki, Azər böyrək çatışmazlığından əziyyət çəkirdi. O, bir dəfə əməliyyat olunmuş və anasının böyrəyi köçürülmüşdü. Azər bir müddət əvvəl yenidən əməliyyat olunacağını açıqlamışdı. 
Aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 yanvar 2025, 22:45
Top