"Bununla bağlı ciddi tədbirlər görülməlidir. Əgər bu gün sərnişin avtobusu xəttə şüşəsiz, üstəlik "skoç"la bağlanmış vəziyyətdə çıxırsa, bunun əsas günahkarı dispeçer və sahibkardır".
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov 91 saylı müntəzəm marşrut xəttindəki avtobuslarından birinin arxa şüşələrinin "skoçlanmış" halda idarə olunmasını əks etdirən görüntüyə aydınlıq gətirərkən deyib.
Ekspert bildirib ki, bu gün sərnişinlərin daşınması üçün kifayət qədər investisiya qoyulur, layihələr həyata keçirilir:
"Dövlət tərəfindən layihələr tətbiq olunur. Bu isə təəssüf doğuran haldır. Nəqliyat vasitələrinin yenilənməsinə ehtiyac var. Bir avtobusun arxa süşələrinin olmaması təəcübləndirici haldır və eyni zamanda nəzarətedici qurumun işinin öhdəsinən gələ bilməsidir".
Qeyd edək ki, sosial şəbəkədə Biləcəri istiqamətində hərəkət edən 91 saylı müntəzəm marşrut xəttindəki avtobuslarından birinin görüntüləri yayılıb. Videodan görünür ki, içərisində sərnişinlərin olduğu avtobus arxa şüşəsi olmadan və "skoçlanmış" halda idarə olunur.
Yayılan görüntülərlə bağlı AYNA-dan "Qafqazinfo"ya bildirilib ki, qurum tərəfindən araşdırma aparılıb. Daşıyıcının məlumatına görə, avtobusun arxa şüşəsi qəza nəticəsində zədələnib və görüntülər nəqliyyat vasitəsi qaraja yollanarkən qeydə alınıb:
"91 nömrəli avtobusun daşıyıcısına xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət edilməsi ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib. Belə olan halda 91 nömrəli müntəzəm avtobus marşrutunun yaxın zamanda müsabiqəyə təqdim edilməsi planlaşdırılır".