Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri və zərərçəkmiş Qurban Piriyevin vəkili Sadiq Rəsulovun verdikləri vəsatətlər müzakirə olunub.
Qeyd edək ki, ötən məhkəmə iclasında zərərçəkmiş Qurban Piriyevin vəkili Sadiq Rəsulov vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxslərin hər birinin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Vəkil vəsatətini belə əsaslandırıb ki, təqsirləndirilən şəxslərin məhkəmədən yayınmaq, məhkəmə iclaslarına gəlməmək ehtimalı var. Vəkil hesab edib ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək fikirləri yoxdur:
"Onların ziyanı ödəmək kimi fikirləri olsaydı, bunu vaxtında etmiş olardılar. Onlar ziyanı ödəməkdən yayınırlar. Azadlıqda qalmaları onların yeni cinayətlər törətməyə imkanlar yaradır. Bizdə məlumat var ki, digər cinayət işləri üzrə hazırda istintaqı aparılan işlərdə Rasim İldırımzadənin adı keçir. Bu da onu deməyə əsas verir ki, qanunsuz əməllərinə davam edir", - deyə Sadiq Rəsulov qeyd edib.
Vəkil həmçinin deyib ki, təqsirləndirilən şəxslər zərərçəkmişə dəymiş ziyanın böyük bir hissəsini ödəməyib. Vəkil qaldırdığı vəsatətin təmin edilməsini istəyib.
Bundan əlavə Rasim İldırımzadənin vəkili Cahangir Şükürov vəsatət verib. Qeyd edib ki, ibtidai araşdırmada qanun pozuntusuna yol verilib, buna görə işin ibtidai istintaqa qaytarılmasını istəyib. Vəkil qeyd edib ki, həm onun özü, həm də müvəkkilin imzaları iş materiallarında saxtalaşdırılıb.
Digər Qoşqar Məmmədovun vəkili Nurlan Məmmədovun Cinayət Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən işin ibtidai istintaqa qaytarılmasını istəyib. Nurlan Məmmədov deyib ki, cinayət işinin başlanmasına xitam verilməsi və için ibtidai istintaqa qaytarılmasını istəyib. Vəkil qeyd edib ki, şikayət edən şəxsinin ərizəsi yoxdur, iş materiallarında cinayət işinin başlanması barədə qərar yoxdur.
Vəkil əlavə edib ki, Qoşqar Məmmədov ibtidai istintaq zamanı işi araşdıran müstəntiq Kamran Əliyev etiraz edib, amma etiraz təmin olunmayıb.
Nurlan Məmmədov həmçinin zərərçəkmiş şəxsin nümayəndəsinin təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas yoxdur.
Vəsatətlərin müzakirə olunması zamanı Cahangir Şükürov bildirib ki, müvəkkilin ədaləti mühakimə olunması barədə hüququ pozulub və ilkin istintaq zamanı qanunsuz olaraq saxlanılıb: "İttiham aktı Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələbləri kobud şəkildə pozularaq hazırlanıb. Müstəntiq iş materiallarında olan protokolda həm müdafiə etdiyim şəxsin, həm də mənim imzamı saxtalaşdırıb. İşin əlavə istintaq hərəkətləri aparılması üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyirik".
Təqsirləndirilən şəxslər vəkilləri ilə razı olduqlarını qeyd ediblər. Vəsatətlərə münasibət bildirən dövlət ittihamçısı bildirib ki, vəkillərin vəsatətlərin təmin olunması üçün əsaslar yoxdur. Həkimlər vəsatətləri təmin etməyib.
Prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin barəsində olan ittiham aktını elan edib.
Daha sonra hakim təqsirləndirilən şəxslərə ittihamın mahiyyətini, həmçinin hüquqları izah edib. Hakim bildirib ki, təqsirləndirilən şəxslərin əməlləri məhkəmədə sübuta yetirilsə, onları 10 ildən 14 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslərin hər biri özlərini təqsirli bilməyiblər.
Hazırda Rasim İldırımzadə və Qoşqar İfadə verməkdən imtina ediblərçə. Zaur Mirzəzadə isə hazırda səhhətinin ifadə verməyə yol vermədiyini deyib.
Daha sonra hakimlər zərərçəkmiş şəxsin dindirilməsini barədə qərar qəbul ediblər. Zərərçəkmiş Qurban Piriyevin iştirak etmədiyi məlum olub. Buna görə də onun dindirilməsi mümkün olmayıb. Hakimlər belə qərara gəlib ki, növbəti iclasda zərərçəkmişin dindirilməsi təmin olunsun.
Növbəti proses yanvarın 28-dğ davam edəcək.
İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub. Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırımzadə, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb, daha sonra isə barələrində “başqa yerə getməmək” haqda qətimkan tədbiri seçilib.
Onların əməlindən ziyan çəkən iş adamı Piriyev Qurban Zeynəddin oğludur. Qurban əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu aldadan şəxslərlə tanış edən isə tanışı - Balakən rayon sakini Hürü Əmiraslanovadır.
Hürü Əmiraslanova özü də bu işə görə cinayət məsuliyyyətinə cəlb edilib. Amma istintaqın gedişində vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımzaədədir. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.
İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.
Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırımzadə, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.
Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.
Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir. O, 2 il əvvəl elə dələduzluq ittihamı ilə məhkum edilmişdi. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək cinayət işinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az