"Xərçəng" diaqnozunda hər şeyi dəyişə biləcək kəşf

SOSİAL 28 dekabr 2024, 12:43
Yeni bir araşdırmanın nəticələri, "xərçəng" xəstələrinə diaqnoz qoyma üsulumuzu tamamilə dəyişdirə biləcək qədər əhəmiyyətli ola bilər.

"Xərçəng" müalicələri inkişaf etməyə davam etdikcə, xəstəliyin erkən mərhələdə aşkarlanması da daha effektiv hala gəlir. Bədəndə invaziv "xərçəng" hüceyrələri olduqda tez-tez ortaya çıxan bəzi "xərçəng" göstəriciləri bu erkən aşkarlamaları mümkün edir. Lakin yeni bir araşdırma bu aşkarlama üsullarının əslində tam olaraq doğru olmadığını iddia edir.  

Həkimlərin invaziv süd vəzi "xərçəngi" diaqnozu qoyarkən əsas götürdükləri göstəricilərdən biri olan anöploid hüceyrələr qeyri-adi xromosom sayına malikdir. Ümumilikdə, bu balanssızlığın "xərçəng"in yayılmasına və bədənin immun sistemindən yayınmasına kömək etdiyi düşünülür. Ancaq Texas Universiteti və Texasdakı "Baylor Tibb Fakültəsi"ndən olan tədqiqatçıların yeni araşdırması, bu xərçəng göstəricilərinin hətta "xərçəng" olmayan hallarda da mövcud ola biləcəyini göstərir. 

Demokrat.az xəbər verir ki,  tədqiqatçılar "Nature" jurnalında dərc etdikləri tapıntılarında 49 sağlam qadının süd vəzi toxuması nümunələrində anöploid hüceyrələr aşkar etdiklərini bildiriblər. Bu kəşfin bir çox təsiri olsa da, xüsusilə "xərçəng"ə baxışımızı əsaslı şəkildə dəyişməsi səbəbilə narahatedicidir.  

Əgər bu hüceyrələr əslində "xərçəng" göstəricisi deyilsə və sağlam toxumalarda da görünürsə, həkimlər süd vəzi "xərçəngini" erkən mərhələdə aşkar etmək üçün başqa bir yol tapmalıdırlar. Ümumilikdə, bu kəşf süd vəzi "xərçəngi" və digər bir çox "xərçəng" növü sahəsində böyük nəticələrə səbəb olur.  

Tədqiqatçılar qeyd edirlər ki, bu tapıntılar hər kəsin "ön-xərçəng" vəziyyətində olduğu anlamına gəlmir. Lakin "xərçəng"in müxtəlif fərdlərdə nə vaxt və necə başladığını daha yaxşı müəyyənləşdirə bilməyimiz üçün daha çox araşdırmanın aparılmasının vacibliyini vurğulayırlar.  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top