Qəzada yaralananların qəlpə yarası varmı? — Rəsmi

SİYASƏT 27 dekabr 2024, 12:48
Səhiyyə naziri Teymur Musayev təyyarə qəzasında yaralananlar arasında qəlpə yarası alanların olub-olmamasına aydınlıq gətirib.

Demokrat.az xəbər verir ki, səhiyyə naziri “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən bildirib ki, xəsarətlər əsasən travmatikdir.

“Onların hansı səbəbdən xəsarət aldıqlarını – qəlpə, güllə yarası aldıqlarını konkret olaraq deyə bilmərik. Bu özü ayrı araşdırmanın mövzusudur, əsasən sınıq və küt travmalar var”, – nazir qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top