“Dünən baş verən dəhşətli qəza hamımızı sarsıtdı. Mənə görə belə qəzalarda dünyasını dəyişənlər şəhid hesab edilir. Bildiyimiz kimi İslamda şəhidlik anlayışı geniş məna daşıyır. Əsasən cəbhədə Allah yolunda döyüşərək ölənlər şəhid hesab edilsə də, bəzi hadisələr və ölümlər də şəhidlik səviyyəsində qiymətləndirilir. Bu mövzuda Quran ayələri, hədislər və alimlərin fikirləri birmənalı olaraq şəhidlik anlayışını konkretləşdirməyə kömək edir. Şəhidlik, Allah yolunda canını fəda edənlərin məqamıdır. Qurani-Kərimdə belə deyilir ki, Allah yolunda öldürülənləri ölü sanmayın. Onlar diridirlər və Rəbbi yanında ruziyə nail olurlar. (Ali-İmran, 169).Bu ayədə şəhidlərin Allah qatında yüksək bir məqamda olduqları bildirilir. Lakin islamda şəhidlik yalnız döyüş meydanında deyil, digər fədakarlıq və çətin şəraitdə ölənlərə də şamil edilir. Həzrət Peyğəmbər, bəzi hadisələr nəticəsində ölənlərin də şəhid olduğunu bildirmişdir.“Beş şəhid növü var: taun xəstəliyindən ölənlər, qarında (daxili xəstəlikdən) ölənlər, suda boğulanlar, uçqunda qalaraq ölənlər və Allah yolunda vuruşaraq şəhid olanlar” (Buxari, Müslim)”.
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
O bildirib ki, təyyarə qəzalarında və qəza nəticəsində yanaraq ölənlər bu geniş anlamda şəhidlik məqamına yüksəlmiş olurlar:
“Digər hədisdə deyilir ki, Peyğəmbər buyurmuşdur: “Ümmətimin şəhidləri çoxdur. Kim boğularsa, kim yanarsa və kim hər hansı bədbəxt hadisə ilə dünyasını dəyişərsə, o da şəhidlərdən biridir”. Peyğəmbərimizin bu və ya başqa bir çox hədisləri qəza nəticəsində dünyasını dəyişməyin şəhidlik zirvəsinə yüksəlməsini göstərir. Böyük islam alimlərindən biri olan İbn Teymiyyə şəhidlik anlayışını geniş mənada təfsir edərək qeyd edir ki, hər hansı bədbəxt hadisə, xüsusən də insanın ixtiyarı xaricində baş verən qəzalarda ölümlər, əgər həmin şəxs imanla dünyasını dəyişibsə, şəhidlik səviyyəsinə yaxındır”.
Onun sözlərinə görə, təyyarə qəzasında ölənlər, xüsusilə də yanaraq ölənlər İslam nəzərindən bədbəxt hadisə nəticəsində vəfat etmiş şəxslər sayılır:
“Əgər bu şəxslər imanlı və düzgün niyyətdə olublarsa, Rəsulullahın (s.ə.s.) hədislərinə əsasən, onlar şəhidlik məqamına nail ola bilərlər. Yanaraq ölüm də xüsusi bir əzab olduğuna görə, bu şəxslərin əzablarının axirətdə bağışlanma ilə nəticələnəcəyi gözlənilir. Əgər bu insanlar imanlı, düzgün niyyətli idilərsə və bu cür hadisələr nəticəsində həyatlarını itiriblərsə, İslamda şəhidlik müjdəsindən bəhrələnmə ehtimalları vardır. Allah-Təala onların vəziyyətlərini ən gözəl şəkildə biləndir. Bu insanlar üçün dua etməli, onların ailələrinə dəstəklə yanaşmalıyıq. Belə çətin və ağrılı hadisələr zamanı ölənlər üçün bağışlanma diləməli və onların ailələrinə təsəlli verərək həm mənəvi, həm də psixoloji dəstək göstərməliyik. Allah-Təala buyurur ki, hər bir çətinliyin ardından asanlıq gəlir. Bu cür hadisələr bizə dünyada hər şeyin müvəqqəti olduğunu və əbədi həyatın yalnız axirətdə başladığını xatırladır.Belə ağır və faciəvi hadisələr yalnız fərdlərin deyil, bütün bir cəmiyyətin sınağıdır. İslam həm fərdi, həm də cəmiyyətin üzərinə məsuliyyət qoyur”.
Əfsanə Kamal
Demokrat.az