"Bayram günlərində Bakıdan və şəhər ətrafı ərazilərdən regionlara axın olur. İnsanlar istirahət üçün otellərə, günlük fərdi yaşayış evlərinə üz tuturlar. Bütün bunlar təbii olaraq günlük icarə qiymətlərinin artmasına səbəb olur. Bazarda hansısa xidmətə tələbat artırsa, xidmətin qiyməti də bahalaşır. Bu qiymətlər heç də adekvat deyil".
Bu sözləri Demokrat.az-açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
"Otel qiymətləri ilə müqayisə olunacaq dərəcədə yüksək qiymətlər tələb olunur. Tələbat olmasa, sahibkarlar evi yüksək qiymətə təklif etməz.
Oteldə otaq sayı məhdud olsa da, günlük kirayə evlərdə istirahət üçün hər cür imkan var. Bu baxımdan da qiymətlərin yüksək olması normal hesab edilir".
Onun sözlərinə görə, bu tərz evlərin çoxu müvafiq vergiyə cəlb olunmayıb:
"Xidməti göstərən şəxslərin çoxu VÖEN sahibi deyillər. Ona görə də qiymətin tənzimlənməsi hələki mümkün deyil. Turizm inkişaf etdikcə qanuni prosedurlar öz yerini tutacaq. Belə olan halda gəlirlərə nəzarət etmək mümkün olacaq. Qiymətlərin isə hansısa qurum tərəfindən müəyyən edilməsi mümkün deyil. Ölkəmiz azad bazar iqtisadiyyatına sahibdir. Turizm sahəsində təkliflərin sayı və rəqabət artdıqca qiymətlərin tənzimlənməsi baş verə bilər. Yaxın gələcəkdə bu hal əlçatan görünmür".
Ekspert bildirir ki, qiymətlərdən daha çox xidmətə diqqətimizi yönəltməliyik:
"Qiymətlərin əsasında turizmin tələblərinə uyğun xidmət göstərilməməsi narahatedici faktdır.
Nəzərə almalıyıq ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycanın investisiya cazibədarlığı artıb. Qiymətlərin bahalaşması həm də bunlarla bağlıdır. Ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi edib və etməyə davam edir. Nəticədə ölkəyə turizm axını yaranır. Turizm axını xidmət sahəsinin inkişafına və qiymət artımına səbəb olur.
İqtisadi islahatlar, əhalinin aztəminatlı ailələri üçün hökumətin inkişaf paketləri tətbiq olunmalıdır. Bu istiqamətdə işlər gedir. İqtisadi inkişaf o qədər yüksək olmalıdır ki, yüksək qiymətlər əhali üçün əlçatan olsun.
Xidmətlər və əhalinin rifah səviyyəsi göz önündə olmalıdır.
Qiymətlərin yüksək olmasının səbəblərindən biri də quru sərhədlərin bağlı olmasıdır. İnsanların alternativ seçimi yoxdur. Əhali Azərbaycanda istirahət etməli ya da yüksək qiymətli aviabiletlərlə səyahət etməlidir. Quru sərhədləri açıq olarsa qonşu dövlətlər Azərbaycan üçün alternativ olacaq. İnsanlar daha az pul xərcləyərək daha yaxşı istirahət edə bilərdi. İnsanların öz regionlarımıza axını qiymətin yüksəlməsinə səbəb olmazdı".
Əfsanə Kamal
Demokrat.az