Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə 2025-ci illə bağlı arzusunu paylaşıb.
Axşam.az xəbər verir ki, ailəsi və dostları ilə fotolarını sosial şəbəkədə izləyiciləri ilə bölüşən sənətçi bunları yazıb:
"2025-ci ildə özüm üçün ən çox arzuladığım şey daha çox gerçəklikdir. Məni tək qoymayan hər kəsə min dəfə təşəkkür edirəm, sizi çox sevirəm, varlığınıza çox şadam, mən çox şadam ki, siz mənim ailəmsiniz".