“İlham Əliyevin sayəsində Azərbaycanın dünyada mövqeləri güclənib”

GÜNDƏM 24 dekabr 2024, 15:07
“Azərbaycanın xarici siyasətinin əsasını Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və maraqlarının qorunması təşkil edir. Bütün bunlar özünü uzunmüddətli şəkildə göstərməyə davam edir. Bu siyasət İlham Əliyevin həyata keçirdiyi prioritet istiqamətlərdir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

O bildirib ki, İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan qlobal toqquşmalardan kənarda qalmaqla öz torpaqlarının suverenliyini təmin etdi:

“Bu bizim üçün ən böyük uğurdur. Beynəlxalq arenada aktiv iştirak etmək, Qoşulmama Hərəkatında sədrlik xarici siyasətimizin əsasını təşkil edir. Bunun sayəsində də Azərbaycanın mövqeləri dünyada ciddi şəkildə güclənib. Azərbaycan müxtəlif qütblü mövqelər arasında özünün dayanıqlı mövqeyini gözləməklə, ölkəni tədbirlər və danışıqlar məkanına çevirib. 
Bakı şəhəri ABŞ, NATO yüksək komandanlığı ilə Rusiya hərbi rəhbərliyi arasında da danışıq məkanlarından biridir”.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 13:21
19 aprel 2025, 13:00
Top