Şəmkir rayonunda 1999-cu il təvəllüdlü Zaur şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Bahara (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 1 iyun 2024-cü ildə baş verib. Zaur həmin gün saat 18 radələrində yaşadığı evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı əli və ayağı ilə həyat yoldaşı Baharın baş, bədəninin müxtəlif nahiyyəslərinə qəsdən zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Zaurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Bahar onun arvadıdır, Bahar ilə olan evlilikləri müddətində mütəmadi olaraq problemləri olub: “Baharın anası Süsən mütəmadi olaraq bizim evliliyimizə müdaxilə edib və göstərişlər verib. İyunun 1-də yaşadığım evdə olan zaman Bahar anası Süsənin evliliyimizə müdaxilə etməsindən bezdim, bizim yaşadığımız evə gəlməməsini bildirdim. Həmin vaxt Bahar ilə aramızda mübahisə yarandı. Bahar əsəbləşərək otaqda olan pal-paltarı ətrafa dağıtmağa başladı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, yaranmış səs küydən qorxan azyaşlı övladı ağlamağa başlayıb: “Mən Baharı sakitləşdirmək istəsəm də, Bahar sakitləşmədiyi üçün əsəbləşərək onu döydüm. Daha sonra Baharın barəmdə polisə şikayət etməsini öyrəndim. Hadisədən sonra Baharla barışmağa cəhd etsəm də, buna nail ola bilməmişəm. Hazırda əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Baharın sözlərinə görə, təqsirləndirilən Zaur onun əridir, aralarında normal münasibətlər olmayıb: “Zaur mənimlə mütəmadi olaraq münaqişə yaradıb, məni döyüb. İyunun 1-də Zaur yenə mənimlə mübahisə etməyə başladı, anamın bizim yaşadığımız evə gəlməməsini bildirdi. Həmin vaxt mən Zaura etiraz etdim. Zaur mənim üzümdən və qollarımdan yumruqla bir neçə dəfə zərbələr endirdi. Zaur mənim anama zəng edərək məni döydüyünü bildirdi və telefonu keçirdi. Bir müddət sonra isə anam və polis əməkdaşları yaşadığım ünvana gəldilər. Hazırda təqsirləndirilən şəxslə barışmamışam, ondan şikayətçiyəm”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zaur 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunun kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az