“Beşiktaş”dan UEFA-ya müraciət

İDMAN 24 dekabr 2024, 09:05
Türkiyə təmsilçisi “Beşiktaş”ın azarkeşləri UEFA Avropa Liqası çərçivəsində baş tutacaq “Tvente” (Niderland) ilə səfər matçına buraxılmayacaq.

Demokrat.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, görüşün keçiriləcəyi Enshede şəhərinin meri Roelof Blekerin İstanbul klubunun vitse-prezidentləri Mete Vardar və Onur Göçmezə rəsmi məktub göndərib. 

Məktubda qeyd edilib ki, “Beşiktaş”ın keçmişdə Avropada oynadığı matçlarda azarkeşlərin davranışı səbəbilə “Tvente” - “Beşiktaş” qarşılaşmasında qonaqların fanatlarına yer ayrılmayıb.

“Qartallar” da məsələ ilə bağlı UEFA-ya müraciət edib. 

Klub “Tvente” ilə matçın başqa bir şəhərdə və ya Niderlanddan kənarda - başqa bir ölkədə keçirilməsini istəyir. 

Qeyd edək ki, “Tvente” – “Beşiktaş” matçı yanvarın 30-u saat 00:00-da baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 10:21
Top