"Turan Tovuz" klubunun futbolçusu Faiq Hacıyev əməliyyat olunub.
Tovuz təmsilçisinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sol qasıq kanalında yırtıq diaqnozu qoyulan futbolçunun əməliyyatı uğurlu keçib.
İstanbulda baş tutan əməliyyatdan 2 gün sonra futbolçu ev şəraitində müalicəyə buraxılacaq. O, həkimlərin rəyindən asılı olaraq təxminən bir həftə sonra fərdi məşqlərə başlaya biləcək.