Ov etmək üçün onlayn icazə sistemi yaradılacaq

SOSİAL 19 dekabr 2024, 16:50
Gələcək illərdə ov etmək üçün onlayn icazənin tətbiqi nəzərdə tutulub. 

Demokrat.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

“Ovçuluq biletlərinin verilməsi ilə bağlı xidmət 5 saylı “ASAN” xidmət mərkəzində göstərilir. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytının elektron xidmətlər bölməsində də müraciət forması var. Lakin, illik statistika göstərir ki, elektron formada müraciət  edənlərin sayı çox azdır”, Arzu Babayeva bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top