“Türk dövlətləri bu cür əməkdaşlıq xəttini davam etdirərsə...” — AÇIQLAMA

GÜNDƏM 17 dekabr 2024, 18:16
“Türk dövlətlərinin inkişaf mərhələsini sürətləndirməsi dövlətlərin gələcək taleyi baxımından böyük əhəmiyyət daşıyır. Yeni dünya düzənində güclü dövlətlər daha ciddi imkanlar qazana bilərlər. Bu baxımdan türk dövlətləri inkişafı sürətləndirir, əməkdaşlığı genişləndirir”.

Bu sözləri Demokrat.az-a politoloq Elçin Xalidbəyli deyib:
 
“Artıq yeni inkişaf perspektivlərinin müəyyən olunması prosesi başlayıb. Türk dövlətləri üçün əsas platforma Türk Dövlətləri Təşkilatıdır. 
Təşkilat öz inkişaf potensialı baxımından yaxın gələcəkdə Avropa Birliyinə belə alternativ ola bilər. Türk Dövlətləri Təşkilatı olduqca zəngin enerji resurslarına sahibdir. Digər yandan hərbi-siyasi cəhətdən işlər davam etdirilir. Belə inkişaf perspektivləri olan təşkilat dünyada bir çoxları üçün arzuolunmazdır. Bunu qısqanclıqla və narahatlıqla qarşılayan beynəlxalq siyasi iradə mərkəzləri var. Türk dövlətləri bu əməkdaşlıq xəttini davam etdirərsə, yaxın gələcəkdə biz dünya siyasi məkanında güclənmiş Türk Dövlətləri Təşkilatını görə bilərik”.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top