"Bank Respublika" müasir konseptli "Goranboy" filialını istifadəyə verdi — FOTOLAR

MALİYYƏ 17 dekabr 2024, 16:58
"Bank Respublika" regionlarda iştirakını möhkəmləndirir: Yeni filial Goranboyda

Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ASC müştərilərin xidmət və məhsullarına əlçatanlığını təmin etmək məqsədilə Goranboy şəhərində ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialının təntənəli açılışını edib.

Təntənəli açılışda iştirak edən bank rəhbərliyi yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Regionlarda filial şəbəkəsininnin genişləndiirlməsinin "Bank Respublika"nın strateji məqsədlərindən biri olduğunu qeyd edən bank rəhbərliyi, yeni filialda da biznesin bütün istiqamətləri üzrə iş adamlarına dəstək olunacağını, eləcə də əhaliyə müasir bank məhsullarının sərfəli şərtlərlə təqdim ediləcəyini bildirib.

Açılışda iştirak edən rayon icra hakimiyyətinin nümayəndələri, ziyalılar və iş adamları ölkənin aparıcı 5 bankından biri olan "Bank Respublika"nın Goranboyda filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində, real sektorun, xüsusən də kənd təsərrüfatının inkişaf etdirilməsində, eləcə də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Bununla da, "Bank Respublika"nın ölkənin bütün regionlarını əhatə edən xidmət nöqtələrinin sayı 37-ə çatıb. Bankın yeni filialı - Goranboy şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərəcək
Daha ətraflı məlumatı bankın rəsmi web saytındafacebookinstagramlinkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.








 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top