Mərkəzi Bank bu tarixdə mühüm xəbər yayacaq

İQTİSADİYYAT 16 dekabr 2024, 11:21
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi üzrə növbəti qərarını 18 dekabr tarixində elan edəcək.

Bu barədə AMB-nin 2024-cü il üçün pul-kredit siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.

Qeyd edək ki, AMB noyabrın 1-də uçot dərəcəsini dəyişməz saxlayaraq 7,25 faiz səviyyəsində qərarlaşdırmışdı.

Faiz dəhlizinin yuxarı və aşağı hədləri də müvafiq olaraq 8,25 faiz və 6,25 faiz səviyyəsində dəyişməz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top