Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım sənətkarın dediyi son sözlərindən söz açıb.
Demokrat.az Olay-a istinadən xəbər verir ki, bu haqda aktyorun xanımı “Bakı gündəliyi” verilişinə müsahibəsində danışıb.
Proqramın aparıcısının “Yaşar Nurinin vəfatından biraz əvvəl sizə deyib ki, səndən yaxşısını tapmamışam, tapmayacağam da…” sözlərinə Rəhimə xanım belə cavab verib:
“Yaşar oturacaqda əyləşmişdi. Elə şərait yaradırdım ki, güya hər şey yaxşıdır. Mən rol oynayırdım. Aktyor və aktrisa olmadan rola girib o rolu oynamaq çox çətindir. Yaşarı qucaqlayıb dedim ki, yalandan da olsan məni sevdiyi söylə. Cavab verdi ki, bəsdir, ayıbdır. Onun səsi də çətin çıxırdı. Söylədim ki, sən bunu mənə deməsən əl çəkən deyiləm. O da sakitcə mənə “Hə” sözünü söylədi”.
Qeyd edək ki, Yaşar Nuri 2008-ci ilin mayında İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu.Aktyor 2009-cu ilin sonu - 2010-cu ilin əvvəlində İstanbulun Memorial xəstəxanasında müalicə almışdı. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilmişdi. O, Bakıda Mərkəzi Gömrük Hospitalında müalicə almışdı.Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.