Suriyanın bir neçə kəndinin sakinləri İsrailə qoşulmaq istəyir

DÜNYA 13 dekabr 2024, 20:01
Suriyanın cənubundakı druz kəndinin sakinləri İsrailə qoşulmağın tərəfdarı olduqlarını bildiriblər. 

Demokrat.az
bu barədə İsrailin Kan dövlət televiziya və radio şirkətinə istinadən xəbər verir.

Kan tərəfindən yayımlanan videoda iddia edilir ki, Hader kəndinin onlarla sakini İsrailin bir hissəsi olmağın Suriya druzları üçün Suriyada qalmaqdan daha təhlükəsiz olacağını bildirib. 

"Biz şərəfimizi qorumaq üçün İsrailin Qolanına qoşulmaq istəyirik. Bu, bütün ətraf kəndlərə aiddir. Çünki Haderin taleyi bütün bölgəmizin taleyidir", - deyə kənd sakinləri bildirib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top