Bayden Ukraynaya tarixi silah transferini təşkil etməyə çalışır

DÜNYA 13 dekabr 2024, 18:54
ABŞ prezidenti Co Baydenin administrasiyası  Ukraynaya tarixi silah transferini həyata keçirməyə çalışır. 

Demokrat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Bayden bunu Tramp yenidən hakimiyyətə gələnə qədər həyata keçirmək istəyir. 

“Onlar Ukraynanı Kiyev üçün yüz minlərlə artilleriya mərmisi, yüzlərlə zirehli texnika, eləcə də bir sıra digər silah növləri ilə təmin etməyə çalışırlar”.

Tramp Baydenin Amerika istehsalı olan uzaqmənzilli silahlarla Rusiya ərazisinin dərinliklərinə endirilməsinə icazə vermək qərarını səhv adlandırıb.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top