Qubada QƏZA: Beş nəfər xəsarət aldı (VİDEO)

HADİSƏ 13 dekabr 2024, 00:26
Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Ə.Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, VAZ və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində 27 yaşlı Yardımlı rayon sakini - Heydər Ataşlı, Quba rayon sakinləri - 35 yaşlı Samir Qədirov, 26 yaşlı Emin İsayev, 23 yaşlı Rəsul Rəhimov və 24 yaşlı Aslan Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top