Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Dəməşqə gedib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” telekanalı məlumat yayıb.
Kalının bir heyətin müşayiəti ilə Dəməşqə səfər etdiyi qeyd edilir. Onun Əməvi məscidində namaz qıldığı da bildirilib.
Qeyd edək ki, bundan əvvəl Qətərin “Əl-Cəzirə” telekanalı Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının Dəməşqə gəldiyi barədə məlumat yayıb. Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi TASS-ın Fidanın Suriyada olması ilə bağlı iddialarını təkzib edərək, nazirin Ankarada olduğunu qeyd edib.