Sosioloq: "Vətəndaşlarımızın aldadılmaqdan xoşları gəlir"

GÜNDƏM 12 dekabr 2024, 14:57
"Belə hallar bizdə ənənəvi problemdir. Mütəxəssislər nə qədər danışsa da düzəlmir. Başqa ölkələrdə bayram günlərində güzəştli endirimlər, kompaniyalar olur. Bütün bunlar vətəndaşın xeyrinə olur. Bizdə isə tam əksidir. Bayram ərəfəsində  həm məhsulların həm də, xidmətlərin qiyməti bahalaşır".

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib:

"Çünki sağlam rəqabət yoxdur. İnsanlarımızın aldadılmaqdan xoşu gəlir. Bu gün aldadıldığı yerə sabah yenidən üz tutan adamlar var. Bütün bunlar vəziyyətdən istifadə edənlər üçün şərait yaradır". 

O qeyd edib ki, bir çox sahədə monopoliya var:

"Yaxşı yerlərdə olan restoranları "kimlərsə" tutub, ona görə rəqabət yoxdur. İstədikləri qiyməti tətbiq edirlər. Alternativ çox olsa, rəqabət yaranar. Belə hallar yalnız restoranlar üçün yox, digər xidmət sahələrində də baş verir".


Onun sözlərinə görə, problemin yaranmasının iki əsas səbəbi var:

"Vətəndaşlar bu kimi hallarla qarşılaşdıqda mediada, sosial şəbəkədə işıqlandırılmalıdır. Soyğunçu məkanlar hamı tərəfindən tanınmalıdır. Dünyanın bütün sivil ölkələrində bu metoddan istifadə edilir. 

Amerikada ən yaxşı marketinq siyasəti səmimi olmaq, etibar qazanmaq sayılır. Müştəri sahibkarın hər zaman səmimi olduğuna inanmalıdır. 

Yaxşı restoranlar belə yolkənarı kafelər kimi  hərəkət edirlər. Günlük olaraq müştəridən nə qopara biləcəklərinə baxırlar. Sabahı düşünmürlər. Əslində dərs ala biləcəkləri mühit yaransa, bunu etməzlər. Nə qədər ki, ictimai qınaq yoxdur, vəziyyət davam edəcək. Vətəndaşlar Antiinhisar Departamentinə şikayət ünvanlamalıdır. Şikayətlər çox azdır. Var olan şikayətlərə də ciddi tədbir görülmür. Ölkədə iaşə obyeklərinə, mağazalara nəzarət edən sistem olmalıdır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 17:26
Top