"Bu dövlətin strukturlarını, hakimiyyətin siyasətinin bütün parametrlərini Heydər Əliyev müəyyən edib. 90-cı illərin əvvəlindən Heydər Əliyevin müəyyən etdiyi istiqamət dövlətin indiki dövründə bütün istiqamətlərdə özünü göstərir. Təbii ki, indiki şəraitə uyğun olaraq müəyyən təkmilləşdirmələr, yeniliklər, zənginləşdirmələr aparılır".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib:
"Tam qətiyyətlə demək olar ki, Azərbaycanın dövlət siyasəti Heydər Əliyev dönəmindən başlayaraq varislik siyasəti üzərində qurulub. Ölkənin daxilində sabitlik, vətəndaş həmrəyliyi, milli, dini dözümlülük, vətəndaş və dövlət münasibətlərinin saflığını qoruması, region dövlətləri ilə sıx əməkdaşlıq, bölgədə sülhə əngəl olan bütün amilləri qaldırmaq cəhdi, Azərbaycanın müttəfiq dairələrinin genişləndirilməsi, beynəlxalq təşkilatlarla yaxınlaşmaq Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətləridir".
Politoloq qeyd edib ki, bütün bunlar Heydər Əliyev siyasətinin davamıdır:
"Qlobal miqyasdan baxsaq, ölkənin dünyadakı tarazlığını qorumasında bundan tutarlı tezislər düşünmək mümkünsüzdür. Ona görə də bu gün Azərbaycanın bütün siyasətlərində Heydər Əliyevin qoyduğu fundamentin əlamətləri özünü göstərir. Fundamentin əsasları daim şəraitə uyğun olaraq yenilənir".
Əfsanə Kamal
Demokrat.az