Bakının Xəzər rayonunda 1989-cu il təvəllüdlü Məmməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Tahirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Məmməd yaşadıqları evdə yaranmış mübahisə zamanı münaqişə zəminində arvadı Tahirəni qəsdən əli ilə hər iki qolundan tutaraq sıxması və yumruq, şillə ilə bədəninin müxtəlif nahiyyələrinə vurub.
Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş Tahirə onun arvadıdır və təxminən 7 ildir ailəlidirlər:
“Birgə nikahımızdan 3 övladımız var. Hadisə günü, saat təxminən 18:00-da yaşadığımız evdə olan zaman yoldaşım Tahirə ilə aramızda münaqişə baş verib. Münaqişəyə səbəb mənə məxsus olan pulun arvadım tərəfindən gizlədilməsi olub. Münaqişə zamanı arvadım məni söyərək təhqir etdi. Bu zaman onun hər iki qolundan tutaraq əsəbi halda sıxdım. Yəqin ki, həmin vaxt xəsarət alıb”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Məmməd 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az