İsrail prezidenti Hikmət Hacıyevi qəbul etdi

XARİCİ SİYASƏT 09 dekabr 2024, 16:32
İsrail Prezidenti İshak Hersoq Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki Səfirliyinin rəsmi “X” hesabında məlumat dərc olunub.

Bildirilib ki, görüş zamanı Hikmət Hacıyev Prezident İlham Əliyevin salamlarını israilli həmkarına çatdırıb.

“Prezident Hersoq salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Əliyevə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional hadisələr müzakirə edilib”, - məlumatda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top