Suriya səfirliyində bayraq götürüldü

DÜNYA 08 dekabr 2024, 23:25
Suriyanın Rusiyadakı səfirliyinin binası üzərindəki bayraq götürülüb.

Demokrat.az bu barədə TASS-a istinadən xəbər verir.

Bildirilir ki, binanın üzərindəki diplomatik missiyanın adı yazılmış lövhə götürülüb.

Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top