Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb — DİN

KRİMİNAL 06 dekabr 2024, 10:58
Dekabrın 5-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 83 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top