Kadırov Trampa meydan oxudu — "Görək, o necə kişidir"

DÜNYA 05 dekabr 2024, 16:45
Çeçenistan lideri Ramazan Kadırov ABŞ-nin yeni prezidenti seçilən Donald Trampı hədəfə alıb və ikisi arasında gərginliyə səbəb ola biləcək açıqlamalar verib.
 
Demokrat.az AZXEBER.COM-a istinadən istinadən xəbər verir ki, o, açıq-aşkar Trampa meydan oxuyub və ABŞ liderinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı vədini diqqətə çatdırıb.

"Tramp 24 saat ərzində müharibəni dayandıracağına söz verdi. Görək o, necə kişidir". - deyə Kadırov qalmaqallı açıqlama verib.
 
Tramp hələ ki, Çeçenistan liderinin sözlərinə cavab verməyib.
 
Lakin Kadırovun təxribat xarakterli açıqlamalarına görə ikili arasında gərginliyin artacağı təxmin edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top