Özbəkistanda ilk dəfə olaraq Azərbaycan və Özbəkistan QHT-lərinin əməkdaşlıq forumu keçirilir.
Demokrat.az xəbər verir ki, forumda Azərbaycandan dövlət qurumlarının, vətəndaş cəmiyyətinin nümayəndələri və jurnalistlər də daxil olmaqla böyük bir nümayəndə heyəti iştirak edir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli, ATXƏM İB-nin sədri İlham İsmayılov, "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli və digər QHT sədrləri foruma qatılıb.
İlham İsmayılov "Xaricdə Türkdilli dövlətlərin diaspor təşkilatlarının əlaqələndirilmiş Fəaliyyətinin təşkili və bu prosesdə QHT-lərin rolu" mövzusunda çıxış edərək, daha yaxından ünsiyyət qurmaq və sıx əməkdaşkıq etmək üçün ortaq Türk dilində danışmağı xüsusilə qeyd edib.
Forum işini davam etdirir.