“Eurovision 2025”də iştirakdan imtina etdilər

DÜNYA 04 dekabr 2024, 21:51
Monteneqronun “NeonoeN” qrupu “Eurovision 2025” mahnı müsabiqəsində iştirakdan imtina edib.

Demokrat.az xəbər verir ki, buna səbəb qrupun müsabiqə qaydalarını pozmasıdır.

Belə ki, “NeonoeN” qrupunun “Eurovision 2025”ə təqdim etdiyi “Clickbait” mahnısının bir hissəsini 2023-cü ildə keçirilən rok festivalında ifa etdiyinə dair sosial şəbəkələrdə videolar yayılıb. Nəticədə “NeonoeN” qrupu “Eurovision”da iştirakdan könüllü olaraq imtina etdiyini açıqlayıb.

Müsabiqənin qaydalarına görə, təqdim olunan bütün mahnılar yeni və orijinal olmalıdır.

“NeonoeN” qrupu noyabrın 27-də Monteneqronun “Eurovision” mahnı müsabiqəsində təmsilçisinin seçildiyi “Montesong” festivalının qalibi olmuşdu.

“Eurovision” mahnı müsabiqəsi gələn il İsveçrədə keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
Top