“Gənclər Paytaxtı” Şuşa şəhərində yaradıcılıq marafonunun qalibləri açıqlandı — FOTOLAR

MƏDƏNİYYƏT 04 dekabr 2024, 11:57
2-3 dekabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində reallaşan “Yaradıcılıq Marafonu” yekunlaşıb.

“Gənclər Paytaxtı” bağlanış tədbirləri çərçivəsində baş tutan marafonun əsas istiqamətləri animasiya, dəb, film və dizayn olaraq müəyyən olunub.

“Yaradıcılıq Marafonu” islam ölkələrindən olan gənc istedadları bir araya gətirərək müxtəlif yaradıcı sahələrdə birgə əməkdaşlıq və innovativ məhsulların yaradılmasını təşviq edən unikal platforma rolunu oynayıb.

Marafonda sadalanan istiqamətlər üzrə təcrübəli mentorların rəhbərliyi və dəstəyi ilə beynəlxalq və yerli iştirakçılardan ibarət ümumilikdə 14 komanda 24 saat ərzində öz məhsullarını hazırlayıblar.
Komandalar dekabrın 3-də münsiflər heyətinin qarşısında təqdimatlarla çıxış ediblər.
Münsiflər heyətinin qiymətləndirməsindən sonra nəticələr açıqlanıb və animasiya üzrə “Little Simurg”, film üzrə “Last night”, Dəb üzrə “Gothica” və dizayn üzrə “Millenium” komandaları marafonun qalibləri sırasında yer alıblar.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı rəhbər tutaraq təqdim olunan bu layihə gənclərdə innovativ və yaradıcı yanaşma tərzini formalaşdırmaq məqsədini daşıyıb.

Həmin strategiyanın həyata keçirilməsi istiqamətində icra olunan “Yaradıcı Azərbaycan” proqramının əsas hədəfləri ölkəmizdə yaradıcı sənayelər və müvafiq biznes subyektləri üçün əlverişli şəraitin formalaşdırılması, həmçinin bu sahədə yaradılan məhsul və xidmətlərin ixracının dəstəklənməsi və yeni istehlak bazarlarının açılmasıdır. 

Marafonun təşkil olunması, məhz bu hədəflərə yönəlməklə, MYS sahəsində yeni panregional bazarın formalaşması perspektivlərini təsdiq edir.

























SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
04 dekabr 2024, 21:43
Top