"Böyük Qayıdış planının qayəsi ondan ibarətdir ki, insanlar işğaldan azad olunan torpaqlarda yaşayıb, yaradıb, quruculuq işləri görsünlər. Təsadüfi deyil ki, dövlət başçımızın proqramına görə mərhələli şəkildə soydaşlarımız ata-baba torpaqlarına qayıdır. Bu həm də təhlükəsizlik üçün önəmlidir. İnsanlar torpağa bağlı olduqda torpağın təhlükəsizliyini təmin edirlər. Bu baxımdan köç prosesinin çox böyük mənəvi, siyasi, psixoloji əhəmiyyəti var".
Bu sözləri Demokrat.az-a politoloq Tofiq Abbasov deyib.
"Yerlə yeksan olan torpaqlarımız artıq dirçəlir. Bu yaxınlarda xarici ekspertlərdən biri ilə həmsöhbət oldum. Bildirdi ki, Yaponiyada Hiroşimada olub. Amerikanın atom silahı ilə törətdiyi hücum nəticəsində evlərin sadəcə divarları qalıb. Ermənilər hətta divarları belə salamat saxlamayıblar. Hər şeyi məhv ediblər".
O bildirib ki, böyük zəfərimizdən sonra köçün mərhələli şəkildə həyata keçirilməsi zəfər yürüşümüzün davamıdır:
"Biz yalnız bu yolla həm düşmənə, həm də dosta göstərə bilərik ki, bizim vətənpərvərliyimiz buna əsaslanır. Vətənpərvərliyimiz quruculuq işləri, insanların həyat şərtlərinin yaxşılaşmasına dayanır. Quruculuq işləri gələcəyə zəmin yaradır.
Torpaqlarımızı viran etmiş qüvvəyə göstəririk ki, qayəmiz bundan ibarətdir. Onlara bir də heç zaman bizə zülm etmək üçün imkan verməyəcəyik. Ermənilər həmin dövrdə hakimiyyət boşluğundan istifadə edərək torpaqlarımızı ələ keçirdi. Biz torpaqlarımızın, müqəddəs yerlərimizin qədrini biləcəyik. İcazə verməyəcəyik ki, düşmən çirkli ayaqlarını həmin torpağa bassın".
Əfsanə Kamal
Demokrat.az