Bakının ətrafında yarmarkalar təşkil olunmalıdır — TƏKLİF

GÜNDƏM 02 dekabr 2024, 19:22
Xəbər verdiyimiz kimi, 21-30 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Bakıda “Kənddən Şəhərə” Yeni il yarmarkası keçiriləcək. Azərbaycanın müxtəlif bölgələrindən olan fermerlər təsərrüfatlarında yetişdirdikləri məhsulları yarmarkada satışa çıxara biləcəklər. Onlar yarmarkada iştirak üçün yer, piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar. Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.

Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə biləcəklər.

İqtisadçı Akif Nəsirli Demokrat.az-a açıqlamasında deyib ki, yarmarkaları faydalı etmək üçün onları tez-tez təşkil etmək lazımdır:

“Bu yarmarkalar formal xarakter daşıyır. Şəhərin mərkəzində təşkil olunur, hansı ki oraya fermerlər məhsullar gətirmir. Əsasən, Bakının bazarlarında satılmayann məhsulları oraya gətirirlər. Çərəz, bal kimi məhsullar normaldır, amma digər məhsullar başqa bazarlarda satılmayan məhsullardır, aşağı qiymətə yarmarkada satışa qoyulur. Bakının ətrafında gündəlik yarmarkalar olmalıdır. Bayramqabağı keçirilən bu cür yarmarkaların heç fermerlərə də xeyri olmur".

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top