Vətəndaşlarımız səyahət zamanı ölkə daxilindən çox xaricə üstünlük verirlər. Bunun ən əsas səbəblərindən biri regionlarımızda qonaqlama üçün qiymətlərin baha, seçimin az olmasıdır. Məsələ ilə bağlı turizm eksperti Əziz Şiriyev Demokrat.az-a danışıb.
O, açıqlamasında bildirib ki, apardığımız araşdırmalara görə dünyada butik otellərə maraq çoxdur:
“1,2,3 ulduzlu otellərə də maraq böyükdür. Bu tərz otellər Amerika və Avropada tələb olunandır. Dünyanın bir sıra ölkələrindən olan turistlər üçün qaldıqları yer yox, gedəcəkləri yerdə tarixi məkanlar, görməli yerlər, incəsənət, mədəniyyət, mətbəx daha önəmlidir. ABŞ-dən, Avropadan, Çindən gələn turistlər ölkədə daha çox bunlara diqqət edir. Ərəb ölkələri, körfəzyanı ölkələrdən gələ turistlər isə ölkəmizdə daha çox 5 ulduzlu otel axtarışında olurlar. Daha əlverişli məkanlar və əyləncə mərkəzlərinə üstünlük verirlər”.
Ekspert qeyd edib ki, təkcə körfəzyanı ərazilərdən gələn turistləri düşünmək olmaz:
“Ancaq bizim öz vətəndaşlarımız da bölgələrə səyahət edən zaman 5 ulduzlu otel axtarışında olurlar. Ölkəmizdə yüksək keyfiyyətli otellərin sayı çox deyil. Hazırda ölkəmizdə 800 otel olmalıdır. Ancaq 400 otel fəaliyyət göstərir. Çünki rəqabət yoxdur. Xüsusilə regionlarda rəqabət aparacaq məkanlar olmalıdır. Sahibkarlar otel menecmentliyini bacaran insanlara üstünlük verməlidirlər. Bu həm qiymət baxımından, həm də müştəri məmnuniyyətində böyük rol oynayacaq”.
Əfsanə Kamal
Demokrat.az