"Azərbaycan tərəfi yeni təhlükə istəmir" — Politoloq

GÜNDƏM 02 dekabr 2024, 15:36
“Paşinyanın nitqi ilə hərəkətlərinin bir-birini tamamlamamasının səbəbi sülhlə bağlı yekun qərarının olmamasıdır. Ermənistan dövləti 1918-ci ildə müstəqilliyini elan etmiş Arağat dövlətinin davamıdır. Həmin illərdə də 1991-ci ildə də qurulan dövlət tamamilə faşist zehniyyət üzərində quruldu. Onlar düşünür ki, Zəngəzur, Göyçə, Qarabağ onlarındır. SSRİ və Rusiyadakı keçid dövlətlərinin xüsusi səyləri nəticəsində Zəngəzurun qərb hissələri və Göyçə əraziləri bizdən qoparıldı. Qarabağın erməniləşməsinə heç bir halda göz yummadıq. Dörd ildən çoxdur ki, Qarabağı ərazi bütövlüyümüzə geri qaytarmışıq”.

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.

“Ermənilərin zehniyyətində işğalçılıq, “Böyük Ermənistan” xülyaları bitməyib. Belə olan halda Paşinyanın hərəkətləri ilə danışığı arasında ziddiyyət yaranır. Çünki Paşinyan özü də xəstə zehniyyətə sahibdir. O, Qarabağı heç zaman Azərbaycana geri qaytarmayacağını iddia edirdi. Ermənistan hakimiyyəti zamanı qazanıb, darmadağın olmuş hərbi güclərini toplamağa çalışır. Ermənistanın bunun üçün 1-2 ilə deyil, çox uzun zamana ehtiyacı var”.

Politoloq bildirib ki, Azərbaycan prosesləri izləyir:

“Erməni tərəfinin məqsədləri açıq-aşkar görünür. Faşist xislətdən qurtula bilmirlər. Bunun da sonu olacaq. Qarşı tərəf öhdəliklərini yerinə yetirməsə, sülh danışıqlarını pozmağa davam etsə, sülhü də güc yolu ilə təmin edəcəyik. Bunun üçün qarşı tərəf Azərbaycana yetəri qədər səbəb verir. Ən əsası da sülh danışıqlarını pozur. 

Dünya əhəmiyyətli COP29 tədbirində dəvətimizə qarşılıq vermədilər. Narazılıq var idisə, bunu tədbirdə dilə gətirərdilər. Yəqin başa düşüblər ki, COP29 ərzində dilə gətirdikləri səbəblər o qədər cılız qalacaq ki, dünyaya biabr olacaqlar. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan tərəfi sülhdən çox vaxt qazanmağa və revaşist addımları üçün güc əldə etməyə çalışır. Bunun nə qədər davam edəcəyi sual altındadır. Azərbaycan tərəfi yeni təhlükələri istəmir və qarşısını almaq niyyətindədir”.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top