"Qarabağa min erməni qayıdacaqsa, Qərbi Azərbaycana da min azərbaycanlı qayıtmalıdır" — Deputat

SİYASƏT 02 dekabr 2024, 13:22
"Ermənistanda azərbaycanlılarla, müsəlmanlarla bir yerdə yaşamağın yolverilməz olduğunu düşünən erməni vandalizmi ilə üz-üzəyik".

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deputat Fazil Mustafa deyib.

"Bir məqama diqqət etməliyik ki, beynəlxalq platformada ermənilərin Azərbaycana hansısa formada qayıdışının alternativi olaraq azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tezisini aktual şəkildə bütün beynəlxalq platformalarda gündəmdə saxlamalıyıq. Ermənilər guya yeni çıxmış görünürlər. Qarabağa hansısa formada geridönüşlə bağlı Azərbaycana təzyiqlərlə bunu eyniləşdirməyə bütün gücümüzlə çalışamlyıq. Min erməni qayıdırsa, min azərbaycanılının da qayıdışı təmin olunmalıdır. Bunu paralel aparmaq bizim gələcək siyasətimizin uğurlarından biri olacaq", - deyə deputat bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top