Mirzoyan bu ölkə prezidentinə Azərbaycanla sülhdən danışdı

DÜNYA 29 noyabr 2024, 13:54
Mirzoyan və Finlandiya prezidenti Ermənistan-Aİ tərəfdaşlığı gündəliyinin əsas komponentlərini və Helsinkidə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini ətraflı müzakirə ediblər.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.

Mirzoyan və Finlandiya prezidenti Ermənistan-Aİ tərəfdaşlığı gündəliyinin əsas komponentlərini ətraflı müzakirə ediblər.Mirzoyan və Stubb regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

XİN rəhbəri vurğulayıb ki, Cənubi Qafqazda sabit sülhün bərqərar olması və Ermənistan Respublikası vətəndaşları üçün ən təhlükəsiz mühitin təmin edilməsi Ermənistanın xarici siyasətinin əsas prioritetlərindən biridir. O, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün güclü siyasi iradəyə malik olduğunu qeyd edib. (Milli.Az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top