Fransada siyasi böhran: Makronun istefası tələb edilir

DÜNYA 29 noyabr 2024, 12:33
Fransanın sol müxalifət lideri Jan-Lyuk Melenşon prezident Emmanuel Makronun istefasını tələb edib.

Demokrat.az
xəbər verir ki, siyasətçi bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Hakimiyyət institutlarının bloklandığı şəraitdə yalnız bir çıxış yolu var - respublika prezidentinin istefası", deyə Jan-Lyuk Melenşon qeyd edib.

Makronun istefası tələbləri Fransa hökumətinin təklif etdiyi 2025-ci il dövlət büdcəsi ilə fikir ayrılıqları fonunda səslənir. Makronun istefası tələbləri ilə yanaşı, baş nazir Mişel Barnierin istefaya göndərilməsi çağırışları da var. Yeni Xalq Cəbhəsinin lideri Jan-Lyuk Melenşon bildirib ki, onun partiyasının yeni hökumət başçısı roluna öz namizədi var.

Bundan əvvəl "Le Parisien" qəzeti yazıb ki, Fransa prezidenti Emmanuel Makron və onun administrasiyası baş nazir Mişel Barnierin rəhbərlik etdiyi hazırkı hökumətin tezliklə istefa verəcəyini gözləyir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
Top