“Diabeti tanı, sağlam yaşa” layihəsi çərçivəsində aksiya keçirildi — FOTOLAR

SOSİAL 29 noyabr 2024, 11:10
TƏBİB-in təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə "TƏBİB-in İxtisas gündəliyi" proqramı çərçivəsində qərb bölgəsində 14 Noyabr - Dünya Diabet Gününə həsr edilən “Diabeti tanı, sağlam yaşa” layihəsi icra olunub, Tovuz, Ağstafa, Şəmkir, Qazax, Gədəbəy rayonlarının vətəndaşları üçün tibbi xidmətlər təşkil edilib.

“Diabeti tanı, sağlam yaşa” layihəsi çərçivəsində Tovuz Rayon Mərkəzi Xəstəxanasının tərkibində fəaliyyət göstərən Tovuz Hemodializ və Diaqnostika Mərkəzində bölgə üzrə vətəndaşlara, o cümlədən burada yaşayan müxtəlif sosial qruplardan olan şəxslərə paytaxtdan gələn uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib. Həmçinin Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan şagirdlər də müayinələrə cəlb olunub.

25-29 noyabr tarixlərində baş tutan layihədə iştirak edən tibbi heyət Bakı şəhərində yerləşən çoxprofilli tibb müəssisələri - Respublika Klinik Xəstəxanası, Respublika Endokrinoloji Mərkəz, Sabunçu Tibb Mərkəzi və Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkimlərindən, həmçinin TƏBİB-in Ekspertlər Qrupunun üzvlərindən ibarət olub.

Ümumilikdə 1470 vətəndaşa endokrinoloq, uşaq endokrinoloqu, ümumi cərrah, nevroloq, nefroloq, oftalmoloq, kardioloq həkimlər tərəfindən 4500-dən çox tibbi xidmət göstərilib. 

Şəkərli diabet və ağırlaşmaları (böyrəklər, göz damarları, ürək-damar sisteminin zədələnmələri, neyropatiya), şəkərsiz diabet, qalxanabənzər və böyrəküstü vəz xəstəlikləri, piylənmə və maddələr mübadiləsinin pozulmaları, qadınlarda hormonal balansın pozulması, uşaqlarda fiziki və cinsi inkişaf pozğunluqları və digər endokrinoloji xəstəliklərdən əziyyət çəkən vətəndaşlar müayinə olunub. 

Qeyd edək ki, layihənin icrası zamanı bölgədə yaşayan həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrə cəlb olunub. 

Həkim-mütəxəssislər tərəfindən vətəndaşlara zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib.



































 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noyabr 2024, 13:51
29 noyabr 2024, 13:15
Top