Rusiya prezidenti Vladimir Putin orta mənzilli “Oreşnik” raketini meteoridlə müqayisə edib.
Demokrat.az xəbər verir ki, bu gün Putin KTMT sammitində deyib ki, Oreşnikdən kütləvi şəkildə istifadə olunarsa, zərbənin gücü nüvə silahı ilə müqayisə oluna bilər. Onun sözlərinə görə, raketin vuran elementlərinin temperaturu 4000°C-ə çatır.
Noyabrın 21-də Putin Amerikanın ATACMS və Britaniyanın “Storm Shadow” raketlərinin Rusiyadakı hədəflərə hücumlarından sonra xüsusi çıxış edib.
Dövlət başçısı bildirib ki, Qərb dövlətlərinin hərəkətlərinə cavab olaraq Rusiya Federasiyası Dnepropetrovskdakı "Yujmaş" hərbi zavodunu ən son "Oreşnik" orta mənzilli raket kompleksindən istifadə edərək vurub. O, aydınlaşdırıb ki, söhbət nüvə olmayan hipersəs avadanlığı olan ballistik raketdən gedir.
Əfsanə Kamal
Demokrat.az