Astara rayonunda 1986-cı il təvəllüdlü Cavad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Samirə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2 sentyabr 2024-cü ildə, saat 15:30-da Astara şəhəri İdman kompleksində baş verib.
Masallı rayon sakini Cavad Samirlə aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun burun nahiyəsinə qəsdən bir dəfə yumruqla zərbə vurub. Ona burun nahiyəsində əzilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa xəsarət yetirib.
Hadisəni törədən Cavadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Masallı rayon Uşaq İdman-Şahmat Mərkəzində idman müəllimi işləyir: “Gəncləri müxtəlif vaxtlarda müxtəlif yerlərə idman yarışına aparıram. Sentyabrın 2-də işlədiyim idman məktəbindən gəncləri zona üzrə yarışa, Astara şəhərində yerləşən İdman kompleksinə gətirdim. Həmin vaxt tanıdığım Samir də öz idmançılarını yarışa gətirmişdi. Həmin gün, saat 10 radələrində idman yarışı başladı və saat 15 radələrində yariş başa çatdı. Yarış bitəndən sonra idmançılar idman zalından çıxdı. Saat 15:30-da Samirlə idman zalında duraraq yarışı müzakirə etdik. Bu zaman Samir mənə “sən yarışa tələb olunan yaşdan yuxarı yaşı olan idmançıları da gətirmisən” deyə iradını bildirdi. Mən isə Samirə “mənim idmançıramın hamısı tələb olunan yaşa uyğun olan idmançılardır” deyə cavab verdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman aralarında baş verən mübahisə zamanı əsəbiləşib və bir dəfə yumruqla Samirin üz nahiyəsinə zərbə vuraraq oradan uzaqlaşıb: “Baş vermiş hadisə zamanı orada kənar şəxs olmayıb. Hadisə ani baş verdi və 2-3 dəqiqə çəkdi. Hazırda Samirlə barışmışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Samirin sözlərinə görə, təqsirləndirilən Cavad onun tanışıdır, birlikdə idman müəllimi işləyirlər: “Sentyabrın 2-də işlədiyim idman məktəbindən gəncləri zona üzrə yarışa Astara şəhərində yerləşən İdman kompleksinə gətirdim. Həmçinin Cavad da öz idmançılarını yarışa gətirdi. Saat 10 radələrində idman yarışı başladı, saat 15 radələrində yariş başa çatdı. Yarış bitəndən sonra idmançılar idman zalından çıxdı. Saat 15:30-da Cavadla idman zalında duraraq yarışı müzakirə etdik. Həmin vaxt Cavada “sən yarışa tələb olunan yaşdan yuxarı yaşı olan idmançıları da gətirmisən” deyə iradını bildirdi. Bu zaman dediyim söz Cavadın xoşuna gəlmədiyi üçün aramızda mübahisə baş verdi. Baş verən mübahisə zamanı Cavad əsəbiləşib bir dəfə yumruqla üz nahiyəmə zərbə vurdu və oradan uzaqlaşdı”.
Zərərçəkmiş bildirib ki, daha sonra hadisə ilə bağlı Astara Rayon Polis Şöbəsinə gələrək şikayət edib: “Dava-dalaş zamanı orada kənar şəxslər olmayıb. Hadisə ani baş verdi, 2-3 dəqiqə davam etdi. Təqsirləndirilən şəxs ilə barışmışam. Ona qarşı heç bir şikayətin yoxdur. Təqsirləndirilən şəxs mənə dəyən zərəri ödəyib. Ona görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini istəyirəm”.
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətçi olamamasını nəzərə alıb.
Hökmə əsasən, Cavad Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az