Ölkənin siyasi, iqtisadi, ictimai, xalqın gündəlik problemlərini verilişlərində əks etdirən ANS TV 26 noyabr 1991-ci ildə yaradılıb.
ANS TV-ni yaradan Vahid və Seyfulla Mustafayevlər Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirdilər və 1992-ci il martın 2-dən etibarən öz proqramlarını yayımlamağa başladılar. Bu, keçmiş Sovet Ittifaqında yaradılmış ilk müstəqil televiziya idi.
ANS TV Azərbaycan Hökümətinin qərarı ilə 2016-cı ilin 18 iyulunda saxta ittihamlar əsasında, öz vəzifə borcunu peşəkarcasına yerinə yetirdikləri zamanı bağlandı.
2018-ci ildə tam bəraət qazanmalarına və baş vermiş hadisələrdə təqsirli olmadıqları sübut olunandan sonra da, müxtəlif təkliflərə baxmayaraq, kanalın təsisçilər tərəfindən bərpa olunmasına izn verilmədi.
ANS TV - keçmiş SSRİ məkanında Dəqiq, Qərəzsiz və Vicdanlı məlumat istehsal edən xəbər mənbəyi olaraq, müstəqil fəaliyyətını 26 il aparmağa müvafiq olan ilk və sonuncu Televiziya oldu!
Bu gün ANS TV-yə Azərbaycan Xalqı dərin hörmət və izzətlə yanaşması ilə birgə onun aşılmasını səbirsizliklə gözləyir!
"ANS Press" İnformasiya Agentliyi isə 26 noyabr 1994-cü il tarixində yaradılıb.
ANS-in gərgin fəaliyyəti nəticəsində həm siyasi, həm də iqtisadi sahədə xeyli məlumat toplamaq mümkün olurdu. Belə bir vaxtda informasiya agentliyinin yaradılması haqda qərar verildi və agentlik "ANS Press" adlandırıldı. "ANS PRESS" agentliyinin bülletenləri yeni açılmış xarici şirkətlərə, xüsusən, neft şirkətlərinə satılırdı.
2001-ci ildə ANS PRESS İnformasiya Agentliyi Nəşriyyat Evi kimi qeydiyyatdan keçdi və "Elman", "Aysel", "Istiot", "Hesabat", "Karvan", "El" kimi jurnallar nəşr olunmağa başlandı.
2016-cı ildə Nəşriyyat Evinin fəaliyyətinin müvəqqəti dayandırılmasına baxmayaraq bir müddət "İsti Press” adı ilə nəşr olundu və 2020-ci ildə 44 günlük müharibə zamanı yenidən fəaliyyətini ANS PRESS adı ilə bərpa etdi.
Bu gün ANS PRESS İnformasiya Portalı daxilində ANS ÇM Radio, ANS TV və "ANS Şirkətlər Qrupu"na məxsus dıgər media resurslarını təqdim edir.
İnkişaf davam ediir!