"Beynəlxalq mövqelərimiz daha da gücləndi və sözümüzün gücü artdı" — Deputat

SİYASƏT 26 noyabr 2024, 13:25
"COP 29 Azərbaycan diplomatiyasının qələbəsidir. Azərbaycan COP 29-un sədri kimi tədbirin gündəliyinə 14 hədəf müəyyənləşdirmişdi.  Bu hədəflərin icrası üçün dünya ictimaiyyəti arasında körpülər qurulmalı, həmrəylik yaratmalı idi.  Azərbaycan bu işin öhdəsindən uğurla gələ bildi. Halbuki, bir sıra ABŞ Bayden administrasiyası, Aİ və Avropa Komissiyayası COP 29 -un Bakıda baş tutmasına mane olmağa çalışdı. Bu məqsədlə milli parlamentlərdə Azərbaycana qarşı qərəzli, qeyri obyektiv qətnamələr qəbul etdirdilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Azər Badamov deyib: 

"COP 29-u boykot edilməsi üçün beynəlxalq ictimaiyyətə çağırışlar olundu. Amma onların arzuları ürəklərində qaldı. Ölkəmizə gələn 80-dən çox dövlət və hökumət başçısı, 76 mindən çox qeydiyyatdan keçən nümayəndə onlara ən pis xəbərimiz oldu. Azərbacan İqlim maliyyəsinin üç dəfədən çox artırılmasına hədəflənmişdi. Tədbirlərin son günüdə Azərbaycanı ittiham edən  Qərb də 250 milyardlıq bir rəqəmlə peyda olunmağa məcbur oldu. Beləliklə iqlim maliyyəsi 300 milyard dollar müəyyənləşdi və 2035-ci ilə qədər bu rəqəminm 1.5 trilyon dollara çatdırılması hədəfləndi".

Deputat bildirib ki, COP 29-un uğurlarından biri iqlim maliyyəsinin 2025-ci ildən başlayaraq istitifadə olunmasına razılaşmanın əldə olunmasıdır:

"İqlim dəyişikliklərdən əziyyət çəkən inkişaf etməkdə olan kiçik ada ölkələrinə maliyyə dəstəyinin göstərilməsinə razılıq əldə olundu. Beləliklə Azərbaycan COP 29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail olundu.  Bu, Prezident İlham Əliyevin siyasətinin beynəlxalq arenada  növbəti qələbisidir. Azərbaycanı dünya daha yaxşı tanıdı. Dostlarımızın sayı artdı, beynəlxalq mövqelərimiz daha gücləndi və sözümüzün gücü artdı. Ölkəmizə təzyiq göstərmək istəyənlər bir daha əmin oldular ki, Azərbaycanı özünün müstəqil yolundan döndərmək mümkün deyi. COP 29 Azərbaycanla hədə və təzyiq dilində danışmaq mümkün olmadığını bir daha sübut etdi. Bu möhətəşəm tədbirin uğurla başa çatması münasibətilə xalqımızı təbrik edirəm".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top