Bir müddətdir ki, “20 Yanvar” metrostansiyasının keçidlərindəki mağazalar fəaliyyətini dayandırıb. Sözügedən ticarət obyektlərinin aqibəti həm sakinlərdə, həm də mağaza sahiblərində sual doğurur.
Bir çoxları düşünür ki, insanların təhlükəsizliyinin təmin olunması, rahat hərəkətin nizamlanması üçün sözügedən ticarət obyektlərinin qapalı qalması daha məqsədəuyğundur.
Bəs belə olan halda, həmin mağaza sahibləri nə etməlidir? Onlara dövlət tərəfindən hər hansı yardım olunacaqmı? Mağazalar hara köçürüləcək?
Demokrat.az xəbər verir ki, məsələni şərh edən deputat Fazil Mustafa Yenisabah.az-a bildirib ki, hər hansı ticarət obyektinin, müsəssisənin bağlanması olduqca təhlükəli və riskli məsələdir:
“Vətəndaş hansısa formada yaşamalıdır. Qanuni olaraq, əgər öz ticarət şəbəkəsini qurubsa, hansısa formada ümumi infranstruktura mane olmursa, niyə onun obyektini bağlasınlar? Mən bu obyekt bağlanılması məsələsinə daha ciddi yanaşmağın tərəfdarıyam. Hər bir Azərbaycan vətəndaşı, məmurlar sözügedən məsələdə bir az daha həssas davranmalıdır və prosesə ciddi yanaşmalıdır. Bu, vətəndaşın dolanışığı, yaşamı ilə bağlı bir məsələdir. Ailələrin çörəkpulu məsələsidir. Belə mövzularda “filan yer bağlandı”, “filan yer açıldı” demək bu qədər rahat olmamalıdır”.
Millət vəkili düşünür ki, bu cür məsələlər ölkəmizdə yoxsulluğu artıra bilər:
“Hesab edirəm ki, həm mülkiyyətin qorunması, həm də insan hüquqlarının tanınması baxımından daha gerçəkçi olmaq lazımdır. Yaxşı olar ki, normal addımlar atılsın. Çünki bütövlükdə yoxsullaşan öz vətəndaşımızdır. Belə olduqda, həmin kasıb vətəndaşların da ailəsinin problemlərini dövlətin öhdəsinə buraxmış oluruq və sosial yardıma ehtiyacı olur. Özünü dolandıran, yaşadan vətəndaşın sayının çox olmağı bizə lazımdır ki, işimiz daha da irəli getsin”.