"Kəlbəcərin təbiəti yenidən dirçəlib"

GÜNDƏM 25 noyabr 2024, 19:26
"Kəlbəcər Azərbaycanın ən gözəl, dilbər guşələrindən biridir. Kəlbəcər təbii faydalı qazıntıları ilə hər kəsin diqqətini çəkir. Ermənistan 30 ilə yaxın bu əraziləri işğal altında saxladı. Kəlbəcərin bütün yaşayış məkanları məhv edildi. Azərbaycan öz incisini geri almağı bacardı".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib:

"Kəlbəcərdə olan dəyişikliklər dərhal hiss olunur. Kəlbəcərin təbiəti yenidən dirçəlib. Təbiət möcüzəsi yenidən bərpa edilir. Ermənilərin Kəlbəcərdən getməsi təbiətin özünü bərpasında da göstərir. Yaxın gələcəkdə bölgənin turistlik yerə çevrilməsində də müəyyən addımlar atıla bilər. Çünki Kəlbəcərin təbiəti və yerləşdiyi coğrafi məkan geniş imkanlar açır. Azərbaycan üçün böyük imkanlar açan Kəlbəcər bundan sonra xalqımıza xidmət etməyə davam edəcək. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 noyabr 2024, 18:05
Top