HƏMAS Netanyahunun həbsinə dair BCM-nin orderini qiymətləndirib

DÜNYA 21 noyabr 2024, 18:41
HƏMAS hərəkatı Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə dair orderi alqışlayıb. 

Demokrat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Biz HƏMAS hərəkatında Benyamin Netanyahu və Yoav Qalantın BCM-nin həbsinə order verməsini alqışlayırıq”, - deyə bəyanatda deyilir.

Qeyd edilir ki, bu addım mühüm tarixi presedenti təmsil edir. 

Bu gün Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağında münaqişə ilə bağlı Netanyahu və Qalantı həbs etmək qərarına gəlib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:13
12 dekabr 2024, 18:00
12 dekabr 2024, 17:26
Top